Türkiyə Mərkəzi Bankının ehtiyatları ARTDI
    • 22-08-2024, 15:55
    • 561

Türkiyə Mərkəzi Bankının ehtiyatları ARTDI

Türkiyə Mərkəzi Bankının ehtiyatları açıqlanıb.

News24.az TRT-yə istinadən xəbər verir ki, ehtiyatlar 2 milyard 682 milyon dollar artaraq 152 milyard 915 milyon dollara çatıb.

Digər tərəfdən, məzənnə ilə qorunan depozit hesablarından çıxışlar davam edir.

Keçən həftə KKM(məzənnə ilə qorunan əmanət)-dən 55 milyard 234 milyon lirə çıxış həyata keçirilib. Hesab böyüklüyü 1 trilyon 659 milyard 744 milyon lirəyə enib.

Qeyd edək ki, Türkiyə istiqrazlarına maraq davam edir. Əcnəbilər keçən həftə təxminən 1 milyard 404 milyon dollar dəyərində Dövlət Daxili Borc Notları alıblar.

Günel Məlikzadə