Mərkəzi Bankın valyuta ehtiyatları 28 % artıb
    • 3-06-2024, 20:44
    • 281

Mərkəzi Bankın valyuta ehtiyatları 28 % artıb

Bu il iyun ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0.45% və ya 52.9 milyon ABŞ dolları artaraq 11 milyard 713.7 milyon ABŞ dollarına çatıb.

News24.az Modern.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə isə 27.7% və ya 2 milyard 538 milyon dollar artıb. Belə ki, 2023-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 9 milyard 175.7 milyon dollar təşkil edib.