-
- 22-08-2024, 18:24
- 997
Dollarla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
“Son vaxtlar bir sıra bankların vətəndaşlara təzə dollar satmaqdan boyun qaçırması ilə bağlı xəbərlər dolaşmaqdadır. Bir çox vətəndaş banka müraciət etdikləri zaman, onlarla bilərəkdən və məcburi formada tədavül tarixi köhnə olan ABŞ dollarları verildiyini iddia edir”.
News24.az bildirir ki, Yenisabah.az sözügedən xəbərin həqiqiliyini araşdırmaq üçün Azərbaycan Banklar Assosiasiyasına müraciət etdik. Assosiasiyanın icraçı direktoru Yunus Abdulov saytımıza bildirib ki, banklarda dollar satışı ilə heç bir məhdudiyyət yoxdur:
“Hazırda banklarda bununla bağlı hər hansı çətinlik müşahidə edilmir. Banklar öz likvidlikləri çərçivəsində və qaydalara uyğun olaraq ABŞ dollarının nağd və qeyri-nağd alqı-satqısı hər hansı məhdudiyyət olmadan həyata keçirirlər. Ona görə də vətəndaşların narahat olması, təşviş yaratması üçün heç bir əsas yoxdur”.