Hindistanın baş naziri Ukraynaya səfər ETDİ
    • 23-08-2024, 10:51
    • 137

Hindistanın baş naziri Ukraynaya səfər ETDİ

Hindistanın baş naziri Narendra Modi Ukraynaya səfər edib. 

News24.az xəbər verir ki, bu, 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk səfərdir.

Narendra Modinin Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətinin təfərrüatları dəqiqləşdirilməyib, lakin səfərin bir neçə saat davam edəcəyi gözlənilir. 

Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, Modi Zelenski ilə söhbətində siyasi, ticarət, iqtisadi, investisiya, təhsil və mədəniyyət mövzularına toxunacaq.

Məryəm İlhamqızı