Həftə sonları Bulvarda rəqs festivalı keçiriləcək
    • 6-06-2019, 18:38
    • 819

Həftə sonları Bulvarda rəqs festivalı keçiriləcək

Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda “Baku Soul of Art and Dance” festivalı keçiriləcək.

News24.az Trend-iə istinadla xəbər verir ki, festival iyunun 8-də, saat 19.00-da keçiriləcək.

Bu festivalda rəqqaslarımız, gənc mügənnilərimiz, artistlərimiz öz çıxışlarını nümayiş edəcək, bundan əlavə isə bulvarda açıq dərslər keçiriləcək.
Açıq dərslər müxtəlif növ rəqslərdən ibarət olacaq. Bu dərslərə isə istəyindən asılı olaraq hər kəs qatıla bilər. Şəhərimizin sakinlərini və şəhərimizə gələn qonaqlar üçün həftə sonları daha əyləncəli və daha yararlana biləcəyi bir yay mövsümü olacaq.

ARA-nın prezidenti və AGİ-nin ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov bildirib: “Bu cür festivalların və açıq dərslərin keçirilməsində başlıca məqsədimiz rəqs üzrə istedadlı gənclərimizi daha da inkişaf etdirmək, onların bu sahəyə olan həvəslərini daha da genişləndirmək, bununla yanaşı şəhərimizə gələn qonaqlarımızı milli rəqslərimizlə daha yaxından tanış etməkdi.”

16 iyunda davam edəcək konsert proqramı 3-4 saatdan ibarət olacaq. Konsertə bir-birindən fərqli rəqslər və musiqili proqramlar daxildir. İnanırıq ki, bu möhtəşəm çıxışlar sizin zövqünüzə oxşayacaq. Konsertdə istəyindən asılı olaraq bütün rəqs qrupları və gənc müğənnilər iştirak edə bilərlər.

Bundan əlavə keçiriləcək açıq dərslərə istəyindən asılı olaraq hər kəs qatıla bilər. Dərslər Azərbaycan Rəqs Assosiasiyasının peşəkar müəllimləri tərəfindən keçiriləcək.

Siz də həftə sonlarınızı daha əyləncəli və səmərəli keçirmək istəyirsinizsə, konsertlərdə iştirak etməyə və dərslərə qatılmağa dəvətlisiniz!