-
- 26-08-2024, 09:43
- 197
Şərurda kriminal avtoritetin qardaşını qətlə yetirən şəxsdən XƏBƏR VAR
Şərur rayonunun Yengicə kəndində həmkəndlisi Fariz Ağayevi qətlə yetirməkdə təqsirləndirilən Elvin Zaxarovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
News24.az Pravda.az-a istinadla bildirir ki, hazırda şikayət Naxçıvan Ali Məhkəməsinin hakimi Fərman Abbasovun sədrliyi ilə araşdırılır.
Xatırlatma: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Zaxarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin oktyabr ayının 19-da Şərur rayon Yengicə kəndində baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.