Həyat yoldaşını bıçaqlayaraq öldürdü - DƏHŞƏT
    • 26-08-2024, 15:39
    • 275

Həyat yoldaşını bıçaqlayaraq öldürdü - DƏHŞƏT

Türkiyənin Muğla şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

News24.az xəbər verir ki, Orhaniye Məhəlləsində yolun kənarında saxlanılmış avtomobildə M.K. (43) ilə həyat yoldaşı Senem K. (40) arasında naməlum səbəbdən mübahisə düşüb.

Mübahisə böyüdükcə başlayan davada M.K həyat yoldaşına bıçaqla xəsarət yetirib.

Ətrafdakıların xəbəri üzərinə 112 Təcili Tibbi Yardım və polis qrupları əraziyə sövq edilib.

Muğla Təhsil və Araşdırma Xəstəxanasına aparılan Senem K-nı müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.

Polis qrupları, qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Məryəm İlhamqızı