"Moskva heç vaxt uğur qazana bilməyəcək!"
    • Bu gün, 12:14
    • 164

"Moskva heç vaxt uğur qazana bilməyəcək!"

Ötən gün Rusiyanın Ukraynanı hədəf alan hücumlarının əks-sədaları və bombardmanlar bu gün də davam edir.

News24.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Moskvanın havadan bombardmanlarının ikinci gecəsində Rusiyanın 5 raketini və 60 hücum pilotsuz təyyarəsini vurduğunu bildirib.

Sosial mediada edilən açıqlamada Rusiyanın müxtəlif bölgələrdən 10 raket və 81 İran dizaynlı hücum pilotsuz uçan aparatı olmaqla cəmi 91 raket atdığı deyilib.

Eyni zamanda, Ukrayna Fövqəladə Hallar Xidməti Rusiyanın Kiriv Roh şəhərində dörd mərtəbəli otel binasına hava hücumu nəticəsində iki nəfərin öldüyünü, beş nəfərin yaralandığını açıqlayıb.

Axtarış-xilasetmə işləri nəticəsində 5 nəfərin dağıntılar altından sağ-salamat çıxarıldığı, 2 nəfərin üzərində əməliyyatların davam etdirildiyi deyildi.

Onu da qeyd eedək ki, Kiriv Rih Ukrayna prezidenti Vladimir Zelenkinin doğulduğu şəhərdir.

Digər tərəfdən, AFP xəbər agentliyinin məlumatına görə, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukrayna daxilində dünən başlatdığı hücumlarla bağlı açıqlama verib.

Bayden Moskvanın davam edən müharibədə heç vaxt uğur qazana bilməyəcəyini və Kiyevə dəstəyinin davam edəcəyini bildirib.

Günel Məlikzadə