-
- 27-08-2024, 21:01
- 440
İnsanlar yaşlandıqca niyə boyları qısalır?
İnsanlar yaşlandıqca boyları həmişə bir neçə santimetr qısalır.
News24.az Metbuat.az-a istinadən xəbər verir ki, buna səbəb qığırdaqların incəlməsi və əzələlərin boşalmasıdır.
Bildirilib ki, bu proseslərin baş vermə sürəti genlərdən, fiziki vəziyyətdən və həyat boyu fəaliyyət səviyyələrindən asılıdır.
17-94 yaş arası insanlar üzərində aparılan araşdırmada kişilərin orta hesabla 3 sm, qadınların isə 5 sm boyunun qısaldığı məlum olub.
Sümük böyüməsi təxminən 25-30 yaşlarında dayanır. 40-50 yaşlarında insanlar tədricən sümük kütləsini itirməyə başlayır.
Alimlər qeyd ediblər ki, boyun qısalması sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. Çoxsaylı tədqiqatlar göstərir ki, boy itkisi ilə tənəffüs problemləri və ürək-damar xəstəliklər meydana gəlir.