AMB bu bankın vəzifəli şəxsini cərimələdi
    • 27-08-2024, 13:52
    • 509

AMB bu bankın vəzifəli şəxsini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank BTB” ASC-nin bir vəzifəli şəxsinə 2 000 manat məbləğində cərimə tətbiq edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri nəticəsində “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq “Bank BTB”nin bir vəzifəli şəxsi cərimələnib.