Zelenski müharibəni bitirmək planını təqdim edəcək
    • Bu gün, 21:10
    • 104

Zelenski müharibəni bitirmək planını təqdim edəcək

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında şiddətlənən müharibə ilə bağlı qiymətlər verib.

News24.az xəbər verir ki, Zelenski KİV-in Kursk hücumunun Qətərdə enerji infrastrukturuna hücumların dayandırılmasını müzakirə etmək üçün keçiriləcək danışıqlara təsir etdiyi barədə xəbərləri təkzib edib.

Amerikanın “Washington Post” qəzeti Ukrayna və Rusiyanın enerji və elektrik infrastrukturuna qarşı qarşılıqlı hücumları dayandıracaq mühüm razılaşmanı müzakirə etmək üçün bu ay Qətərə nümayəndə heyətləri göndərəcəyini bildirib.

Digər tərəfdən, Zelenski F-16-ların indiyə qədər çox yaxşı nəticələr verdiyini və Rusiyanın son hücumunu dəf etmək üçün istifadə edildiyini bildirib.

Günel Məlikzadə