Türkiyənin itkin uşaqları
    • 28-08-2024, 23:40
    • 181

Türkiyənin itkin uşaqları

Diyarbakırın Bağlar rayonunda 8 yaşlı Narin Güranın itkin düşməsindən 7 gün keçib. Ancaq axtarış işləri bütün sürəti ilə davam edir. 


News24.az haberglobal-a istinadən xəbər verir ki, bu hadisə illərdir itkin düşmüş vəxəbər alınmayan Dursun Kağan Taşçı və Evrim Atışı bir daha xatırladıb.

2015-ci ildə Reşadiye rayonunda yoxa çıxan Dursun Kağan Taşçı və 2018-ci ildə Turhal rayonunda itən Evrim Atışdan heç bir iz tapılmayıb.

Qeyd edək ki, 3 min 165 gündür Dursun Kağandan, 2 min 242 gündür Evrimdən xəbər yoxdur.

Günel Məlikzadə