4 gündür itkin düşən gəncdən acı xəbər
    • Dünən, 22:30
    • 286

4 gündür itkin düşən gəncdən acı xəbər

Ötən şənbə günündən bəri xəbər alınmayan şəxs Diyarbəkirdə ölü tapılıb.

News24.az xəbər verir ki, Bismil rayonunda yaşayan Murat Yıldız (26) səhər tezdən işə getmək üçün evdən çıxıb.

Ailəsi Yıldızdan xəbər ala bilmədikdən sonra polisə bildiriblər.

Axtarış zamanı Akpınar rayonunda Dəclə çayı yaxınlığında Yıldıza aid olduğu güman edilən paltarlar tapılıb.

Davam edən araşdırmalar zamanı Yıldızın cansız bədəni Korukçu rayonunda Dəclə çayında tapılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə