Bakıda 3 Gürcüstan vətəndaşı həbs edildi – ƏMƏLİYYAT
    • 8-06-2019, 12:09
    • 726

Bakıda 3 Gürcüstan vətəndaşı həbs edildi – ƏMƏLİYYAT

Bakıda mütəşəkkil dəstə şəklində oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

News24.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində Novruzov Zeynal Məhəmməd oğlunun evinə daxil olaraq xeyli pul və qızıl oğurlamış Gürcüstan vətəndaşları Laşa Abramaşvili, Ramazi Matçaraşvili, Şmaqi Qapridaşvili və həmyerlimiz Vüsal Məhərrəmov tutulub.
Onların barəsində Cinayət Mcəlləsinin 177.2.1-ci, yəni,  oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə iş açılıb.
Araşdırmalar davam etdirilir.