-
- 30-08-2024, 10:20
- 641
AMB daha bir vəzifəli şəxsi məsuliyyətə cəlb etdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
New24.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində “SF Azerbaijan”nın “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərini pozduğu məlum olub.
Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan”ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.//axar