Bakıda bazarda DƏHŞƏTLİ OLAY – Ər  keçmiş arvadını tapdı və...
    • 8-06-2019, 14:50
    • 1 242

Bakıda bazarda DƏHŞƏTLİ OLAY – Ər keçmiş arvadını tapdı və...

Bakıda bazarda keçmiş arvadını öldürməyə cəhd edən şəxsin barəsindəki cinayət işi məhkəməyə göndərilib.

News24.az-ın məlumatına görə, Binə qəsəbəsindəki bazarda keçmiş həyat yoldaşı İsayeva Rəna Əmirxan qızını bıçaqlayaraq öldürməyə cəhd edən Seyidov Sənan Nəbi oğlu barəsində Xəzər Rayon Prokurorluğunda aparılan istintaq tədbirləri yekunlaşdırılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əfqan Hacıyevin icraatına verilib.  

Keçmiş həyat yoldaşının qanını insanlar arasında tökən Sənan Seyidova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilib.