Bakıda küçədə 21 yaşlı oğlanı ödürmək istədilər
    • 5-07-2019, 12:31
    • 939

Bakıda küçədə 21 yaşlı oğlanı ödürmək istədilər

Bakıda qətl törətməyə cəhd etmiş şəxsin məhkəməsi başlayır.

News24.az-ın məlumatına görə, Binəqədi Rayon Prokurorluğunda Əliyev Orxan Elxan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd maddəsi ilə açılan işin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən ictimai yerdə bıçaqlanıb.

Z. Rüstəmov təcili 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb.

Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.