Türkiyə sərhədində İNSİDENT
    • Bu gün, 03:31
    • 105

Türkiyə sərhədində İNSİDENT


Türkiyə ilə İraq arasındakı Habur sərhəd keçid məntəqəsində gömrük əməkdaşlarına hücum olub.

İnsidentlə bağlı beş şübhəli saxlanılıb. Xəsarət alan üç zabit xəstəxanaya aparılıb.

İddiaya görə, yüklərin rentgen cihazı ilə yoxlanıldığı bölməyə gələn bir qrup şəxs növbətçi zabitlərlə mübahisə edib. Mübahisə böyüdükcə qrup növbətçi zabitlərə hücum edib, zabitlərin üz, boyun nahiyəsinə zərbələrlə xəsarət yetiriblər. Yaralılar Silopi Dövlət Xəstəxanasına çatdırılıblar.\\Oxu.Az