-
- 1-09-2024, 15:54
- 486
Abbas Lisani həbs edildi – Təcili
Ərdəbil asayiş keşikçiləri bu gün səhər saatlarında Abbas Lisanini evində həbs ediblər.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik işçiləri onun evində axtarış apararaq bəzi şəxsi əşyalarını, o cümlədən ev kamerasını müsadirə ediblər.
Abbas Lisanin həbsinin səbəbi ilə bağlı dəqiq məlumat yoxdur, lakin 2 il məcburi sürgün cəzası çəkilməmiş qalıb. Güman edilir ki, həbsin səbəbi sürgün cəzasına əməl etmədiyi üçündür.