Baş redaktor həbs olundu - FOTO
    • 4-10-2023, 12:07
    • 309

Baş redaktor həbs olundu - FOTO

“Masal News” saytının baş redaktoru Səccad Rüstəmzadə tutulub. 

News24.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı – HRANA məlumat yayıb. 

O, kiberpolis idarəsinə tərəfindən çağırıldıqdan sonra Masal şəhər prokurorunun şikayəti əsasında həbs olunub. 

Təhlükəsizlik qüvvələri jurnalistin evində axtarış apardıqdan sonra mobil telefonunu və kompüterini müsadirə ediblər. 

Qeyd edək ki, tənqidi yazılar dərc etdiyinə görə həbs edilən Səccad Rüstəmzadənin hara aparıldığı barədə dəqiq məlumat yoxdur.

Aynurə