Məhbuslar üsyan qaldırdı: xəsarət alanlar var
    • 1-09-2024, 17:26
    • 508

Məhbuslar üsyan qaldırdı: xəsarət alanlar var


İtaliyanın Milan şəhərindəki yetkinlik yaşına çatmayanların olduğu cəzaçəkmə müəssisəsində məhbuslar üsyan qaldırıblar.

News24.az Publika.az-a istinadla xəbər verir ki, kameralarda döşəkləri yandıran məhbuslar daha sonra qapıları sındırıblar. Əraziyə yanğınsöndürmə briqadası və təhlükəsizlik qüvvələri cəlb olunub.

Həbsxanadakı 58 məhbusdan üçü divara dırmaşaraq qaçmağı bacarıb. Onlardan birinin təhlükəsizlik qüvvələri tərəfindən dərhal yaxalandığı bildirilib.

İğtişaşlar nəticəsində 8 məhbus və bir həbsxana işçisi yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.