Rusiyanın Xalq artisti vəfat etdi - FOTO
    • Bu gün, 19:38
    • 7 750

Rusiyanın Xalq artisti vəfat etdi - FOTO


Rusiyanın Xalq artisti Aleksey Kudinoviç vəfat edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Maly Theater" "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, aktyor sentyabrın 1-də dünyasını dəyişib.

Kudinoviç Pyotr Karatıginin “Sirli qutu” filmində "Merlyuş", Anton Çexovun “Üç bacı” filmində "Ferapont" , Aleksandr Ostrovskinin “Meşə” filmində tacir "Vosmibratov", Lev Tolstoyun “Qaranlığın gücü” filmində "Akim" rolları ilə tanınır.

Teatrdan verilən məlumata görə, sənətçi 50 ildən artıq yaradıcılığı dövründə 70-ə yaxın rol ifa edib.