-
- 2-09-2024, 12:51
- 267
20 gün sonra nişanı olacaqdı, meyiti tapıldı - FOTO
Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində olub.
Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərlinin yaşadığı evin həyətindəki yarımtikilidə meyiti tapılıb.
Qeyd edək ki, evdə tək yaşayan Əkbərin sentyabrın 22-si nişan mərasimi planlaşdırılıbmış.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.