41 min əvvəl yayılan dəhşətli virus: İnsanları zombiyə çevirirmiş
    • 2-09-2024, 20:43
    • 366

41 min əvvəl yayılan dəhşətli virus: İnsanları zombiyə çevirirmiş

Elm adamları Çin dağlarında (6 096 m hündürlükdə) buzun altında qalmış qədim “zombi virusu” aşkar ediblər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, 1700 virusun 41 000 il yaşı olduğu və bəşər tarixi ilə bağlı bir çox vacib suallara cavab verə biləcəyi güman edilir.

Tədqiqatçılar bu şokedici kəşfə Tibetin ucqarındakı Quliya buzlaqında araşdırma apararkən imza atıblar.

Tədqiqat zamanı bəlli olub ki, virusların genomlarının əksəriyyəti dünya elminə tamamilə məlum deyil.

“Nature Geoscience” jurnalında yayımlanan araşdırma alimlərə virusların minilliklər ərzində iqlim dəyişikliyinə necə uyğunlaşdığı barədə məlumat verir.

Buzlarda tapılan virusların 97 faizi elm üçün yenidir. Bu kəşf permafrost virusları haqda mövcud bilgiləri 50 dəfə artırıb. Elm adamları bu yoluxucu virusların zamanla və 41 000 il ərzində temperatur dəyişkənliyi altında necə dəyişdiyini də tədqiq ediblər.