Yeni Apple noutbuklarının buraxılış tarixi AÇIQLANDI
    • Bu gün, 14:33
    • 64

Yeni Apple noutbuklarının buraxılış tarixi AÇIQLANDI

Apple bu ilin noyabrında M4 çipli ilk MacBook və Mac kompüterlərinin tədarükünə başlamağı planlaşdırır. 

News24.az xəbər verir ki, bu barədə 9to5Mac məlumat yayıb.

Bu məhsulları təqdim etmək üçün Apple ayrıca təqdimat keçirəcək.

14 ildən sonra ilk dəfə yenidən işlənmiş dizayn alacağı gözlənilən yeni Mac mini xüsusilə maraqlı olacaq. Həmçinin onun USB-A dəstəyi əvəzinə beş USB-C portu ilə təchiz ediləcəyi və 16 GB RAM alacağı gözlənilir. 

Verilən məlumatlara görə, M4 ilə Mac mini versiyasının istehsalına bu ay başlanacaq və M4 Pro ilə Mac mini oktyabr ayından tez olmayaraq montaj xətlərindən çıxmağa başlayacaq.

9to5Mac həmçinin Apple-dan Avropa İttifaqı qanunvericiliyinin tələb etdiyi kimi USB-C konnektorları ilə yeni Mac aksesuarları təqdim edəcəyini gözləyir.

Məryəm İlhamqızı