TƏCİLİ! Zəngəzurda hücum məntəqələri YARADILDI - Sərhəddə NƏ BAŞ VERİR?
    • Bu gün, 18:13
    • 2 544

TƏCİLİ! Zəngəzurda hücum məntəqələri YARADILDI - Sərhəddə NƏ BAŞ VERİR?

Ermənistan müharibəyə hazırlaşmaq məqsədilə şərti sərhəddə hücum qalası və atəş nöqtələri tikdiyi ilə bağlı bir sıra xəbərlər yayılır. Bildirilir ki, Sərhədin Qazax rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələri hücum məntəqələri və atəş nöqtələri yaradır. Eyni zamanda Ermənistan Zəngəzurdakı şərti sərhəddə hücum qalası və atəş nöqtələri tikib. Bundan əlavə onlar İstisu Hava Limanı yaxınlığında da şərti sərhəddə daha bir hərbi hissə tikiblər.

Ermənistan Silahlı Qüvvələrinin belə strukturlar tikməsi, hərbi hazırlıqlarını gücləndirmək və strateji üstünlük qazanmaq məqsədilə həyata keçirilə bilər. Bu tikililər həm müdafiə, həm də hücum məqsədi daşıya bilər və potensial münaqişə zamanı hərbi əməliyyatlarda mühüm rol oynaya bilər.

Bu vəziyyətin Azərbaycanın təhlükəsizlik və suverenliyinə yaratdığı təhdidləri azaltmaq üçün, ölkə güclü diplomatik təzyiq tətbiq edə bilər və beynəlxalq aləmdə bu addımları qınamaq üçün səylərini artırmalıdır. Həmçinin, hərbi tədbirlərin görülməsi və ehtiyatlı olma zərurəti də yaranır.

Məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev News24.az-a bildirib ki, Ermənistan aprelin 5-də Vaşinqtonda ABŞ və Avropa ilə hərbi əməkdaşlıq haqqında bir sənəd imzalayıb:

“Bu sənədin imzalanmasından sonra Ermənistanın Azərbaycana qarşı davranışları kifayət qədər dəyişdi. Ermənistan ABŞ, Fransa və Hindistandan silahlar əldə edir, İrandan da silahların əldə olunmasına dair xəbərlər mövcuddur. Ermənistan  Azərbaycanla imzalanan 3 tərəfli birgə bəyanatın şərtlərini yerinə yetirmir. Əvəzində isə Azərbaycanla sərhəddə müxtəlif hərbi təyinatlı infrastrukturlar yaradır. Bu infrastrukturlar əksəriyyəti hücum silahları ilə təchiz edilir”.

Ekspert qeyd edib ki, Ermənistanın hərbi siyasi rəhbərliyinin bu qədər aqressiv davranması və revanşist meyllərə istiqamətlənməsinin əsas səbəbi Fransa və ABŞ tərəfindən Nikol Paşinyana göstərilən hərbi, siyasi və iqtisadi dəstəkdən qaynaqlanır:

“Müharibədən əvvəl də, sonra da Paşinyan Azərbaycana qarşı qıcıqlandırıcı addımlardan istifadə edib. Buna görə də, bu addımların nəticəsi hər birimizə yaxşı məlumdur. Odur ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, ərazilərimizə yaxın olan və tarixi Azərbaycan torpaqlarında Azərbaycan əsgərinin həyatına təhlükələr yaratmamalıdır. Bu ərzilərdə hücum xarakterli infrastrukturlar yaratmamalıdır. Əks təqdirdə Azərbaycan tərəfinin səbr kəsası daşa bilər və bu Ermənistan üçün kifayət qədər ağır nəticələrə gətirib çıxarar”.

Aqil Qarayev