Prezidentin səs verdiyi dairənin deputatı KİM OLDU? - FOTO
    • Bu gün, 14:49
    • 3 172

Prezidentin səs verdiyi dairənin deputatı KİM OLDU? - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanda ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin son nəticələri açıqlanıb.

News24.az-ın xəbərinə görə, parlament seçkilərində Prezident İlham Əliyevin səs verdiyi dairədən Nigar Arpadarai qalib gəlib. O, böyük səs üstünlüyü ilə deputat mandatını qazanaraq Milli Məclisin üzvü olub. Arpadarai seçkilər boyunca apardığı kampaniya və verdiyi vədlərlə seçicilərin etimadını qazanmağı bacardı.

Nigar Arpadarai parlamentdəki fəaliyyətində xalqın maraqlarını qoruyacağını və verdiyi bütün vədləri yerinə yetirəcəyini bildirib. Bu nəticə ölkədə demokratik seçki prosesinin uğurunu və xalqın iradəsini ortaya qoyur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 579 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 8 namizəd mübarizə aparıb.

Aqil Qarayev