Putin Monqolustana SƏFƏR ETDİ
    • Bu gün, 18:48
    • 117

Putin Monqolustana SƏFƏR ETDİ

Rusiya prezidenti Vladimir Putin Monqolustana rəsmi səfərə gedib.

News24.az xəbər verir ki, burada Sovet və Monqolustan silahlı qüvvələrinin Xalxin-Qol çayında yapon qoşunları üzərində qələbəsinin 85-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində Rusiya və Monqolustan liderləri arasında dar və geniş tərkibdə danışıqların aparılması planlaşdırılıb. 

Görüşlər zamanı dövlət başçıları cari beynəlxalq və regional problemləri, həmçinin ikitərəfli münasibətlərin strateji tərəfdaşlığa uyğun gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər. Danışıqların yekunu olaraq bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Məryəm İlhamqızı