Keçmiş arvadını ov tüfəngi ilə QƏTLƏ YETİRDİ
    • 3-09-2024, 10:20
    • 394

Keçmiş arvadını ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Aydın-ın Kuşadası rayonunda ötən gün saat 17:00 radələrində boşandıqdan sonra da keçmiş həyat yoldaşına şiddət tətbiq etdiyi bildirilən Eren Dildöken (32) Nebahat Yücenin (29) yaşadığı evə gedib. 

News24.az xəbər verir ki, məlum olmayan səbəbdən mübahisə yaranıb. 

Mübahisə zamanı evdə tapılan ov tüfəngini götürən Eren Dildöken həyat yoldaşının sinəsindən atəş açaraq qaçıb. 

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Sağlamlıq qrupları tərəfindən aparılan yoxlama zamanı Nebahat Dildökenin öldüyü müəyyən edilib. 

Hadisə yeri araşdırma qrupları tərəfindən görülən işlərdən sonra Nebahat Dildökenin cəsədi Kuşadası Dövlət Xəstəxanası meyitxanasına aparılıb. Polis qrupları keçmiş həyat yoldaşını vurduqdan sonra motosikleti ilə qaçan Eren Dildökenin tutulması üçün əməliyyata başlayıb.

Məryəm İlhamqızı