Sabunçu Tibb Mərkəzinin həyətində xoşagəlməz mənzərə - FOTO
    • Bu gün, 10:51
    • 364

Sabunçu Tibb Mərkəzinin həyətində xoşagəlməz mənzərə - FOTO

Sabunçu Tibb Mərkəzinin həyətində xoşagəlməz mənzərə yaranıb.

News24.az bildirir ki, bu barədə "Unikal"a tibb müəssisəsinə müraciət edən vətəndaşlardan biri məlumat verib.

Məlum olub ki, xəstəxananın çarpayıları Sabunçu Tibb Mərkəzinin həyətinə yerləşdirilib. Həmin çarpayılar bir neçə aydır ki, tibb müəssisəsinin həyətində qalıb.

Çarpayıların hansı səbəbdən orada saxlanılması hələlik məlum deyil.