"Uşaqları qonşuda qoyub hotelə gedirmiş" - FOTOLAR
    • Bu gün, 13:44
    • 351

"Uşaqları qonşuda qoyub hotelə gedirmiş" - FOTOLAR

Tanınmış müğənni Berdan Mardininin keçmiş həyat yoldaşı Fatoş Yellilerin xəyanəti şok detallarla doludur.

News24.az baku.ws-ə istinadən bildirir ki, əvvəl aparıcı Seren Serengil, Yellilerin saxta şəxsiyyət vəsiqəsi ilə başqa bir adamla evləndiyini iddia etdi.

Mardini isə "hər şeyin öz sənədi" var, deyə yayılan iddiaları təsdiqlədi.

Sənətçi Fatoşun onunla evil olduğu dövrdə başına taxma saç taxıb, saxta addan istifadə edərək başqa insanlarla görüşdüyünü, uşaqlarını otellərdə qoyub başqa adamlarla əylənməyə getdiyini bildirib.

İddiaya görə Fatoş, uşaqları bir gün oteldə, digər günlər isə qonşuda qoyub gedib.

Mardini "11 il evil qaldım, onun 9 ilin xəyanətə uğradım" deyə bildirib.

O həyat yoldaşından boşandıqdan sonra evdə əşyaların arasından məktublar, parfümlü köynəklər tapıb.

3 il əvvəl həyat yoldaşı Fatoşdan ayrılan müğənni, indi həyatının daha hüzurlu olduğunu, uşaqları ilə gözəl günlər keçirdiyini bildirir.

Xatırladaq ki, Mardini ilə Fatoş 2010-cu ildə ailə qurub.

Daha sonra cütlüyün iki övladı dünyaya gəlib. Lakin ailə 2021-ci ildə dağılıb.