İngiltərə İsrailə silah satışını DAYANDIRIR?
    • Bu gün, 13:36
    • 98

İngiltərə İsrailə silah satışını DAYANDIRIR?

İsrailə silah sataraq soyqırımda şərik olduğu üçün tənqid edilən İngiltərə hökumətinə təzyiqlər artıb.

News24.az xəbər verir ki, bu yaxınlarda ölkədəki insan haqları təşkilatları ilk iddianı qaldırıblar. 

Fələstində hərbi cinayətlər törədən İsrailə silah satışının dayandırılması tələb olunub.

İşin açılmasından sonra xarici işlər naziri Devid Lammi London administrasiyasının bəzi silahların İsrailə satışını dayandıracağını açıqlayıb.

Lammi bildirib ki, İsrailə satılan silahların beynəlxalq humanitar hüququ pozaraq istifadə edilməsi riski var.

Bu çərçivədə o, 350 ixrac lisenziyasından 30-nun dayandırılacağını bildirib.

Lammy vurğulayıb ki, sözügedən addım ümumi qadağa və ya silah embarqosu deyil.

Qeyd edək ki, Londonun bu addımına İsrail reaksiya verib. 

İsrailin xarici işlər naziri Yisrael Katz bu qərardan məyus olduqlarını bildirib.

O, İngiltərənin bu qərarla "Həmas və İrandakı tərəfdarlarına çox problemli mesaj göndərdiyini" müdafiə edib.

Məryəm İlhamqızı