-
- 22-11-2023, 18:47
- 250
Paşinyan çətin vəziyyətdə: “heç kim dəhlizi almır” - Tarasov
“Paşinyanın haqqında danışdığı “Sülh yollarının kəsişməsi” layihəsi, Qərbi Zəngəzurdan keçən dəhliz kimi artıq aktual deyil. Nəzəri olaraq o məsələdə Türkiyə, Rusiya və İran iştirak etməli idi, amma indi o dəhliz də heç kimə lazım deyil. İndi Paşinyan dəhliz ideyasını satmağa çalışır, amma heç kim onu almır”.
News24.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Rusiyalı analitik və Yaxın Şərq eksperti Stanislav Tarasov bildirib.
Tarasovun sözlərinə görə, Türkiyə bundan sonra Zəngəzur dəhlizi ideyasında israr etməyəcək:“Azərbaycan İran ərazisindən keçməklə Naxçıvanla birləşəcək. İran sazişi təxminən 1 il əvvəl, 22 sentyabr 2022-ci ildə imzalayıb. Moskva və Tehran yaxın vaxtlarda 160 km uzunluğunda yeni nəqliyyat dəhlizinin, Xəzər dənizi boyunca uzanan və Azərbaycanla sərhədə çatan dəmir yolunun tikintisini başa çatdıracaqlar”.
Ekspert qeyd edib ki, Türkiyə və Azərbaycan potensial olaraq o layihədən əl çəkməyiblər, ola bilsin ki, bu ideyaya qayıdacaqlar, amma indi yox.
“ Türkiyə normal razılaşmanı, Zəngəzur dəhlizinin yaradılmasını təklif etdi, amma ermənilər, sonra isə İran Azərbaycanın təcavüzə hazırlaşdığını yaydılar. Azərbaycan da o fikirdən imtina edərək deyir ki, Naxçıvana İran ərazisindən keçə bilərik. Fərq 5-6 km-dir. Üstəlik, o dəhliz İranın nəzarətində olacaq və İran da narahat olmayacaq. Beləliklə, əgər fransızlar və ya amerikalılar sizə kömək etmək istəyirlərsə, qoy sizə kömək etsinlər. Deməli, Ermənistan özünü yerləşdirdiyi yerdə, yumşaq desək, elə dərin çuxurdadır”.
Ayşən