-
- 4-09-2024, 17:30
- 289
Evlilik il dönümündə CANSIZ BƏDƏNİ TAPILDI
Ötən gün Eskişehirin Odunpazarı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, dayanacaqda dayanmış 26 AİC 139 dövlət nömrə nişanlı avtomobilin arxa oturacağında hərəkətsiz vəziyyətdə uzanan qadını görənlər polisə xəbər veriblər.
Xəbər verildikdən sonra ünvana polis və sağlamlıq qrupları sövq edilib. Araşdırma zamanı adı Tuğba Koç olduğu müəyyən edilən qadının boğazının kəsilməsi nəticəsində öldüyü müəyyən edilib.
Nəzarətə alınaraq ədliyyəyə sövq edilən Tuğba Koçun əri A.K. prokurorluqda aparılan sorğu-sualdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Gənc tibb bacısının əri A.K.-nın prokurorluğa verdiyi ifadədə həyat yoldaşının uzun müddətdir yuxu problemi yaşadığı, bu səbəbdən psixoloji müalicə aldığı və depressiyaya düşdüyü öyrənilib.
Hadisə Yeri Araşdırma qrupu və prokurorun araşdırmalarının ardından Tuğba Koçun cəsədi yarılma üçün Eskişehir Şəhər Xəstəxanasının meyitxanasına aparılıb.
Qeyd edək ki, həmin xəstəxanada tibb bacısı olan Tuğba Koç A.K. ilə ötən il sentyabrın 3-də ailə qurublar və qətlə yetirildiyi gün evliliklərinin 1 ili tamam olub.
Məryəm İlhamqızı