Görüşmək istəməyən qızı öldürdülər
    • Bu gün, 19:44
    • 254

Görüşmək istəməyən qızı öldürdülər

Dağıstanın paytaxtı Mahaçqalada iki naməlum şəxs görüşməkdən imtina etdiyinə görə qızı bıçaqlayaraq öldürüb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Turalı mikrorayonunda baş verib. İlkin məlumata görə, qız tanımadığı şəxslə görüşməkdən imtina edib.

Bundan sonra iki kişi ona hücum edərək bıçaqlayıblar.

Cinayətkarlar daha sonra avtomobillə naməlum istiqamətə qaçıblar.

Onların saxlanılması üçün axtarış tədbirləri keçirilir.