Dərbənddə atışma yenidən başladı
    • 23-06-2024, 22:20
    • 2 491

Dərbənddə atışma yenidən başladı


Dağıstanın Dərbənd şəhərinin küçələrində bir az fasilədən sonra atışma yenidən başlayıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib .

Agentliyin məlumatına görə, təhlükəsizlik qüvvələri terrorçuların qaçmağa çalışdığı qara rəngli “Lada Vesta” markalı avtomobili axtarır.

"Baza"nın məlumatına görə, Tağı-Zadə küçəsində atışma səsləri eşidilib. Əməliyyat planı qüvvədədir.

Xatırladaq ki, iyunun 23-də axşam saatlarında naməlum şəxslər Dərbənddə sinaqoq və kilsəni atəşə tutublar. Mahaçqalada da polis əməkdaşlarına silahlı hücum olub .

Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində 6 nəfər ölüb, 12 polis əməkdaşı yaralanıb. Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi açılıb. Respublikada antiterror əməliyyatı rejimi tətbiq edilib .

Son məlumata görə, Mahaçqalada polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.