Xalq artistindən boşandığı arvadının oğlu ilə PAYLAŞIM
    • Bu gün, 15:16
    • 201

Xalq artistindən boşandığı arvadının oğlu ilə PAYLAŞIM

Xalq artisti Yusif Eyvazov boşandığı həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiyaqo ilə bağlı paylaşım edib.

News24.az OLAY-a istinadla yazır ki, Tiyaqo ilə çəkdirdiyi selfilərini paylaşan sənətçi onun doğum günü olduğunu bildirib.

“16 yaşın mübarək, mənim əzizim və birdənəm... Bu il təbrik əvəzinə sənə bu şeirləri hədiyyə verəcəm, hər şey istədiyin kimi olsun. Mən səni sevirəm. Sənin atan...”, -  deyə Yusif vurğulayıb.

Qeyd edək ki, Yusif və Anna iki ay əvvəl 10 illik evliliklərini sonlandırıb. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.