Payızda evlərin qiymətlərini artacağı gözlənilir? – Vəziyyəti mənfiyə doğru dəyişə biləcək SƏBƏB
    • Bu gün, 18:39
    • 104

Payızda evlərin qiymətlərini artacağı gözlənilir? – Vəziyyəti mənfiyə doğru dəyişə biləcək SƏBƏB

Yay mövsümü bitməsinə və payız fəslinin gəlişinə sayılı günlər qalıb. Yay fəsilində mövsümə uyğun olaraq əmlak bazarında mənzillərin xüsusilə, kirayə mənzillərin qiymətləri kifayət qədər bahalaşdığını müşahidə etmişdik. Bəs qarşıdan gələn payız fəslində necə qiymətlərin daha da artması ehtimalı varmı?

News24.az bildirir ki, mövzu ilə bağlı Yenicag.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, aparılan müşahidələr göstərir ki, hazırda daşınmaz əmlak bazarında sadəcə, kirayə seqmentini çıxmaq şərti ilə vəziyyət qeyri-dinamik, sabit, stabildir:

“Hazırki dövr üzrə əhəmiyyətli qiymət dəyişməsi müşahidə olunmur. Yalnız kirayə qiymətlərində artım var. Onun da səbəbi bəllidir. Payız mövsümü üzrə qiymət artma ehtimalına gəldikdə, düşünürəm ki, indidən deyilməsi mümkün olmayan və çətin bir məsələdir. Çünki adətən Azərbaycanın mənzil bazarında proseslər təkcə iqtisadi təsirlərdən asılı olmur, eyni zamanda, müəyyən inzibati qərarların qəbul olunması da bura ciddi təsir göstərir.

Bu mənada ola bilər ki, yaxın gələcəkdə paytaxtda şəhərsalma tədbirləri ilə bağlı qəbul olunan qərarlar mənzillərin, daşınmaz əmlakın qiymətinin artımına səbəb ola bilər. Lakin indiki halda bununla bağlı konkret proqnoz vermək bazardakı vəziyyəti mənfiyə doğru dəyişə bilər”.