Mağazalar bağlandı: Metronun “20 Yanvar” stansiyası zibil altında qaldı - ŞOK VİDEO
    • Bu gün, 09:57
    • 220

Mağazalar bağlandı: Metronun “20 Yanvar” stansiyası zibil altında qaldı - ŞOK VİDEO

Metronun “20 Yanvar” stansiyasının keçidi acınacaqlı durumdadır.

Bir neçə gün əvvəl heç bir səbəb göstərilmədən ərazidəki bütün mağazalar bağlanıb. Alış-veriş tamamilə dayandırılıb. Mağazalar fəaliyyət göstərdiyi vaxtı həmişə təmiz və səliqəli olar ərazi hazırda zibilxanaya çevrilib.

Əməkdaşımız çəkdiyi videodan göründüyü kimi, insanlar paketlərdə olan zibilləri yerə atıb və heç bir təmizlik işləri də aparılmır, stansiyanın keçidində antisanitariya hökm sürür. Bir neçə gündən sonra siçovullar qida axtarışı üçün keçidə basqın etsə, təəccüblənmərik.