İstanbulda metrobus yanğını - SON DƏQİQƏ
    • Bu gün, 11:34
    • 112

İstanbulda metrobus yanğını - SON DƏQİQƏ

İstanbul günə yanğın xəbəri ilə başlayıb.

News24.az xəbər verir ki, Haliç Körpüsünün Halıcıoğlu istiqamətindəki metrobusda yanğın baş verib.

Metrobus xidmətləri dayandırılıb. Ətrafı sıx tüstü bürüyərkən, D-100 şosesində Mecidiyeköy istiqamətində 2, Avcılar istiqamətində isə bir zolaq nəqliyyatın hərəkətinə bağlanıb.

Hadisə yerinə sövq edilən xilasetmə qrupları yanğını söndürüb. Soyutma işləri davam edir.

Yanğın zamanı ölən və yaralananların olmadığı, sərnişinlərin sürətlə təxliyə edildiyi bildirilib.

Qeyd edək ki, yanğına kondisioner sistemindəki nasazlığın səbəb olduğu iddia edilib.

Məryəm İlhamqızı