Tramp seçilərsə, İlon Mask hökumətdə iştirak edəcək
    • Bu gün, 17:43
    • 120

Tramp seçilərsə, İlon Mask hökumətdə iştirak edəcək

Nyu-Yorkda işgüzar görüşdə çıxış edən Tramp bəyan edib ki, Mask ikinci Tramp administrasiyasında federal hökumətin maliyyə və fəaliyyətinə nəzarətdən məsul olacaq.

News24.az xəbər verir ki, Tramp belə deyib: “Bu komissiyanın ilk işi altı ay ərzində saxtakarlığın və yanlış ödənişlərin tamamilə aradan qaldırılması üçün fəaliyyət planı hazırlamaq olacaq”.

Tramp həmçinin ABŞ-ı kriptovalyuta mərkəzinə çevirməyi, idxal olunan məhsullara vergiləri artırmağı və Bayden administrasiyasının İqlim və İnflyasiya Qanununu ləğv etməyi vəd edib.

İlon Mask isə X sosial media platformasındakı paylaşımında "Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm. Maaş, titul və ya təqdir gözləmirəm" deyib.

Görüşdə Tramp həmçinin F-35 qırıcılarının bütün hissələrinin ABŞ-da istehsal olunmasının vacibliyini vurğulayaraq, milli təhlükəsizlik məsələlərinə diqqət çəkib.

Məryəm İlhamqızı