İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? - Vacib məlumat
    • 6-09-2024, 17:33
    • 2 460

İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? - Vacib məlumat

Araşdırmalar bu il dünyada ən isti yay fəslinin olduğunu ortaya çıxarıb. Adətən, insanlar yay qızmar keçəndə, qışın da sərt olacağını iddia edir. Bəs bu iddialarda doğruluq payı varmı? Qış fəslində hava şəraitinin necə olacağı haqqında ilkin məlumatlar nə deyir? 

News24.az bildirir ki, meteoroloq Cavid Hüseynov bu barədə “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, deyilənlər reallığı əks etdirmir: 

“Mövcud praktikada yay fəslinin isti və ya sərin keçməsinə əsaslanaraq qışın necə keçəcəyini proqnozlaşdırma metodikası yoxdur. Bu yanaşma çox yanlışdır. Mövsümü proqnozlar riyazi (dinamik və statistik)  modellər, həmçinin iqlim xüsusiyyətləri əsasında tərtib olunur”.  vakansiya

Meteoroloq qış aylarında bizi hansı hava şəraitinin gözlədiyi barədə də məlumat verib: 

“Ölkəmizdə qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar və fevral aylarında bölgəmiz tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi, yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur”.