-
- 11-06-2019, 13:08
- 918
ADO teatrı Gürcüstan Parlamentinin qarşısında çıxış edəcək
Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Gürcüstanın paytaxtı, Tbilisidə, Parlament binasının qarşısında çıxış edəcək.
Teatrın rəhbəri Elmin Bədəlovun News24.az-a verdiyi məlumata görə, nümayiş 22 iyun, saat 19:00-da baş tutacaq. Teatr bu dəfə Gürcüstana yeni hazırladığı “Gic-Daban” (Crazy-Heel) tamaşası ilə gedəcək. Küçə tamaşasına teatrın bir neçə performansı və repertuarındakı bəzi tamaşalarından parçalar əlavə olunub.
Səfərlə bağlı ötən gün teatr Gürcüstan meriyasına rəsmi müraciət edib, müraciətdən bir neçə saat sonra meriya ADO teatrına müsbət cavab verib, eyni zamanda Gürcüstan polisinə məlumat verərək nümayiş zamanı təhlükəsizliyin təmin olunmasını istəyib.
Qeyd edək ki, ADO teatrı Bakıda fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın bölgələrinə mütəmadi səfərlər edir. Teatr beynəlxalq səfərlərə çıxır və festivallara qatılır. ADO Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada olub, digər ölkələrin artistləri ilə əməkdaşlıq da edir.