Bill Qeyts elan etdi: Süni intellektin ələ keçirə bilməyəcəyi 3 peşə
    • 13-04-2024, 13:55
    • 292

Bill Qeyts elan etdi: Süni intellektin ələ keçirə bilməyəcəyi 3 peşə

Microsoft-un həmtəsisçisi Bill Qeyts süni intellektin sosial faydaları haqqında həmişə nikbin açıqlamalar verib. Ancaq indi hətta milyarder iş adamları da süni intellektin onların işlərini əlindən ala biləcəyindən narahatdırlar.

News24.az xəbər verir ki, Bill Qeyts bu yaxınlarda OpenAI CEO-su Sam Altman ilə podkast hazırlayıb. İkili süni intellektin faydaları və zərərləri haqqında danışıblar.

Qeyts süni intellektin biznes sahələrinə təsirindən danışarkən, “Mən hətta işimi də itirə bilərəm” deyib.

Bill Qeytsin açıqlamalarına görə, universitetə daxil olan gənclər üçün ən yaxşı üç karyera planı bunlardır: alternativ enerji, sağlamlıq bioelmləri və inkişaf edən süni intellektin özü ilə əlaqəli sahələr.

Milyarder iş adamının sözlərinə görə, bu üç sahə süni intellektin insanların əlindən ala bilmədiyi biznes qollarıdır.

Günel Məlikzadə