Dünyanın ilk trilyonçusu o olacaq
    • Bu gün, 18:00
    • 121

Dünyanın ilk trilyonçusu o olacaq


Amerikalı iş adamı, “Tesla” və “Speys X” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ilk trilyonçusu ola bilər.

News24 az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə “İnforma Connect Academy” analitiklərinin məlumatında deyilir.

Qeyd olunub ki, Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu olmağa yaxındır.

Məlumata görə, biznesmenin sərvəti hər il 110 faiz artır.

“Bloomberg Billionaires Index”ə görə Mask 251 milyard dollar sərvətlə hazırda dünyanın ən varlı adamıdır.