Moskvada təyyarə qəzaya uğradı - TƏCİLİ
    • Bu gün, 16:23
    • 128

Moskvada təyyarə qəzaya uğradı - TƏCİLİ

"An-2" təyyarəsi Moskva vilayətində sınaq uçuşu zamanı qəzaya uğrayıb. 

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarə Vatulino kəndi yaxınlığındakı aerodrom yaxınlığında qəzaya uğrayıb. İçəridə pilot və onun köməkçisi olub. 

Məlumata görə, "An-2" mühərrikindəki nasazlıqlara görə qəzaya uğrayıb. Ekipaj uzunmüddətli təmirdən sonra sınaq uçuşu həyata keçirirdi. Təyyarə bu gün üç dəfə havaya qalxıb. İlk iki uçuş yaxşı keçib - təyyarə dairəvi şəkildə uçub. Üçüncü uçuş zamanı mühərrik "boğulub", lakin hərəkət etməyə davam edib. 

Bundan sonra təyyarə kəskin hündürlüyünü itirməyə başlayıb və Vatulino kəndi yaxınlığındakı qarğıdalı sahəsinə çırpılıb. Paraşütlə tullanma ilə məşğul olan yerli sakinlərdən biri bunu görüb və ilk yardım çantası ilə qəza yerinə gedib. Onun sözlərinə görə, yanğın başlayacağından qorxduğu üçün pilotları çıxarıb. 

Hadisə yerinə iki xilasetmə maşını və bir təcili yardım maşını gəlib.

Aqil Qarayev