Neymarın bərpa prosesi uzanır
    • Bu gün, 20:43
    • 103

Neymarın bərpa prosesi uzanır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya yığmasının hücumçusu Neymarın bərpa prosesi gecikir.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, futbolçunun noyabrda tam sağalıb sıraya dönəcəyi gözlənilir.

Braziliya yığmasının heyətində diz bağlarından zədələnən 32 yaşlı hücumçu ötən ilin oktyabrından meydana çıxmır. Bərpa prosesi ləngidiyindən onun komandaya dönməsi üçün daha iki ay lazım olacaq. vakansiya 2023

"Barselona"nın və PSJ-nin keçmiş futbolçusu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı çempionatında çıxış edir.