Neymar paylaşım etdi: Hər şeydən əl çəkmək istəyirsən
    • Bu gün, 20:03
    • 43

Neymar paylaşım etdi: Hər şeydən əl çəkmək istəyirsən

“Əl-Hilal”ın hücumçusu Neymar bərpa prosesindən danışıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Neymar bu barədə sosial şəbəkə hesablarında paylaşım edib:

“Zədədən sonra çətin günlər olur ki, hər şeydən əl çəkmək istəyirsən. Bütün bunlardan keçmək çətindir. Amma mən yolun sonuna çatana qədər dayanmayacaq döyüşçüyəm! Allah mənim gücüm və qalamdır. Biz hər gün döyüşəcəyik”.

Qeyd edək ki, o, ötən ilin oktyabrında Braziliya yığmasının heyətində çarpaz bağlarını qırıb.