Bütün diqqətlər Tramp-Harris debatındadır
    • 10-09-2024, 15:38
    • 194

Bütün diqqətlər Tramp-Harris debatındadır

Amerika ictimaiyyətinin aylardır səbirsizliklə gözlədiyi debatda prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp görüşəcək.

News24.az xəbər verir ki, Filadelfiyada olan debat namizədlərin ilk görüşü olacaq.

Televiziya debatı 1 saat yarım davam edəcək. Zalda tamaşaçı olmayacaq. 

Çıxış növbəsi olmayan namizədin mikrofonu söndürüləcək. Beləliklə, danışan namizədin sözü kəsilməyəcək. Sualları cavablandırmaq üçün namizədlərə 2 dəqiqə vaxt verilir. Harris və Trampa bloknot, qələm və su veriləcək.


Günel Məlikzadə