-
- 10-09-2024, 15:50
- 375
Marketdə qiymət üstündə DAVA: ölən var
İstanbulda qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, Sultanbəylidə baş verən hadisədə məhəllədəki iki market arasında çörəyi 1 TL-dən endirimlə satdıqları səbəbilə mübahisə düşüb.
İkili arasında mübahisə qəfil şiddətlənib və davaya çevrilib. Dava zamanı E.B belindəki silahı çıxararaq Aytaç Ağbaba (52) və Berivan Ağbabanı (24) güllələyib.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə çoxlu polis və sağlamlıq qrupları sövq edilərkən, xəstəxanaya aparılan ata və qızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı danışan ailə qohumu Osman Çimen, "Arxa küçədəki qonşusu məhsulları ucuz qiymətə satdığı üçün gəlib. Mübahisə olub ki, "məhsulları niyə ucuz qiymətə satırsan? Müştərilərimi çəkirsən. Daha sonra cinayəti törədən vətəndaş silahını götürərək ikisini də vurub", - deyə bildirib.
Məryəm İlhamqızı